Layihə haqqında

Bakı Metropoliteni QSC-i tərəfindən qatarların təmir prosesi uçotunun avtomatlaşdırılması sisteminin yaradılması tapşırığı qoyulmuşdur.
Bu tapşırığa əsasən BAKINITY şirkəti, Bakı Metropoliteninin işçi qrupunun nümayəndələrinin fəal iştirakı ilə proseslərin avtomatlaşdırılmasının geniş spektrini əhatə edən SAMS (Standart Asset Management System) sistemini tətbiq etmişdir.

Bakinity

Bakinity 2001-ci ildə yaradılıb və 60 nəfərlik heyəti ilə Azərbaycanın aparıcı inteqratorlarından biridir.
Şirkət banklar, sığorta şirkətləri, dövlət qurumları, telekommunikasiya operatorları, təhsil, tibb, tikinti şirkətləri və topdansatış ticarət şirkətləri üçün həllər təklif edir.
Portfelimizə məlumat mərkəzləri, məlumat saxlama sistemləri, informasiya təhlükəsizliyi, şəbəkənin konfiqurasiyası və quraşdırılması, eləcə də xidmət müddəti ərzində avadanlıqların texniki xidməti üçün aparat və proqram təminatı daxildir.

SAMS

SAMS tətbiqi aktivlərin, resursların və təmir infrastrukturun idarə edilməsi və nəzarəti sahəsində geniş spektrli imkanlar yaradır.

  • Aktivlərin İnventarlaşdırılması: Təşkilatın bütün texniki aktivlərinin, hər cür avadanlıqların, nəqliyyat vasitələrinin və digər material dəyərlərinin verilənlər bazasında yaradılması və saxlama imkanı.
  • Təmir Xidməti və Planlaşdırma: Avadanlıqların işini optimallaşdırmaq və nasazlıqların qarşısını almaq imkanını yaradan xidmət cədvəllərinin, planlaşdırılmış təmir və texniki xidmətlərinin idarə edilməsi.
  • Anbar İdarəetmə və Ehtiyatlar: Texniki ehtiyatların və materialların səviyyəsinin (sayının) optimallaşdırılması, avadanlıqların düzgün işləməsi üçün ehtiyatların saxlanılması və proqnozu.
  • Aktivlərin Həyat Dövrünün İdarə Edilməsi: Aktivlərin həyat dövrünə və xarab olma dərəcəsinə uyğun olaraq dəyişdirilməsi, modernləşdirilməsi və ya istismardan çıxarılmasının planlaşdırılması.
  • Marşrutların Planlaşdırılması: Məsafə, səyahət vaxtı, marşrut, maşinist (sürücü) və nəqliyyat vasitələrinə məhdudiyyətlər kimi müxtəlif parametrləri nəzərə alaraq xidmətlərin göstərilməsi üçün optimal marşrutların yaradılması.
  • Hərəkətin İzlənməsi: Nəqliyyat vasitələrinin hərəkətini real vaxt rejimində izləmə imkanı.
  • Resursların İdarə Edilməsi: Optimal istifadə və xərclərin minimuma endirilməsi üçün resursların (nəqliyyat vasitələri, sürücülər, texniki işçilər) səmərəli şəkildə bölüşdürülməsi.
  • Analitika və Hesabatlar: Texniki avadanlıqların performansı, texniki xidmət məsrəfləri, aktivlərin və resursların istifadəsinin effektivliyi və digər əsas göstəricilər haqqında hesabatların hazırlanması.
  • Digər Sistemlərlə İnteqrasiya: SAMS APİ digər proqramlarla inteqrasiya imkanıni yaradır.

Modullar

  • Aktivlərin idarə olunması

  • Marşrutlama

  • Təmir

  • Anbar

  • İnzibatçılıq

  • Təşkilatı struktur

  • Xəbər və tapşiriqlar

  • Mini Bİ hesabatları

  • APİ